COP29 çərçivəsində Bakı Limanı tərəfindən daha bir panel təşkil olunub

9

COP29 çərçivəsində Bakı Limanı tərəfindən “Davamlı Əlaqə Yollarına Doğru: “CICA” və Onun Üzv Dövlətlərinin, eləcə də Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Davamlı Nəqliyyat Dəhlizləri Üzərindəki Səyləri” adlı panel təşkil olunub.

Bakı Limanının ESG müşaviri və SDG İnisitiyativləri proqramı meneceri Qurban Kərimbəylinin moderatorluq etdiyi paneldə açılış nitqini CICA-nın Baş katibinin müavini Zhang Linq və Limanın beynəlxalq əlaqələr üzrə meneceri Natavan Ağayeva edib. Paneldə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Avropa İttifaqı əlaqələri və xarici əlaqələr üzrə baş direktor Burak Aykan, Çinin Xarici İşlər Nazirliyinin sərhəd və dəniz məsələləri departamentinin müşaviri Qiu Xınlı kimi şəxlər çıxış edib.

Effektiv və təhlükəsiz nəqliyyat dəhlizləri üçün düzgün siyasət çərçivələri və tənzimləmə tədbirləri, sahəvi inteqrasiya və dayanıqlı inkişaf, inteqrasiya olunmuş və təhlükəsiz nəqliyyat dəhlizlərinin qurulmasında texnologiyanın rolu, yaşıl limanlar, qlobal əməkdaşlıq və davamlı gələcək mövzusunda müzakirələr aparılıb.