Səbail qalasının maketi “Suraxanı” gəmi-muzeyinin eksponatları sırasında – FOTOLAR

148

Səbail qalasının (Bayıl qəsri) maketi artıq “Suraxanı” gəmi-muzeyində sərgilənir.

Bu tarixi abidə 1234-1235-ci illərdə Şirvanşah III Fəribörzün dövründə Şirvan-Abşeron memarlıq üslubunda inşa edilib. Qala XIV əsrin əvvəllərində zəlzələ nəticəsində Xəzər sularında batıb, XX əsrdə aparılan sualtı arxeoloji tədqiqatlar zamanı frizə aid 700-ə yaxın daş lövhə aşkarlanıb.

Muzeyimizdə yer alan maketin uzunluğu 190, eni 145 santimetrdir.

Bu unikal tarixi abidənin incəliklərini kəşf etmək üçün sizi muzeyimizə dəvət edirik.