Moldovanın Azərbaycandakı səfiri “Suraxanı” gəmi-muzeyini ziyarət edib

144

Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko ASCO-nun “Suraxanı” gəmi-muzeyində olub.

Muzeylə yaxından tanış olan səfirə burada həyata keçirilən müxtəlif layihələr barədə məlumat verilib.

Aleksandr Esaulenko “Suraxanı” gəmi-muzeyinə moldovalı rəssam Mixayella Motruçun çəkdiyi rəsm əsərini hədiyyə edib.

Muzeyin xatirə kitabına xoş təəssüratlarını yazan səfirə “Suraxanı” gəmi-muzeyinin nəşri olan “Bələdçi kitabı” təqdim olunub.

asco.az