Yosun Cup Optimist – Yarışın ikinci günü!

179

Yosun Cup çərçivəsində yarışın ikinci günü böyük həyəcan, rəqabət və küləklə dolu anlarla yadda qaldı. Bu gün idmançılarımız üç yarışda mübarizə apararaq, güclərini və dözümlərini bir daha sınadılar. Yarışın hər anı iştirakçılar üçün həm dəyərli təcrübə, həm də qələbəyə doğru bir addım demək idi.

Xüsusi olaraq qeyd edək ki, Yosun Cup yarışlarında köməkçi məşqçi qismində milli yığma üzvümüz və Azərbaycanın ilk hakim namizədi Ayla Babayeva da iştirak edir. Onun dəstəyi və peşəkarlığı yarışlara əlavə dəyər qatır.

Ətraflı məlumat: yosuncup.org