Bakı Limanında ötən il 8 milyon tona yaxın yük aşırılıb

11
DCIM\100MEDIA\DJI_0069.JPG

2024-ildə Bakı Limanı 7,6 milyon ton yük aşırıb
Orta Dəhlizin marşrutunun mühüm hissəsi olan Bakı Limanında ötən il ərzində aşırılan yükün ümumi həcmi 7,6 milyon ton olub ki, bu da 2023-ci ilin müvafiq göstəricisindən 3.2% çoxdur. Belə ki, konteyner daşınmasında 73%-dən çox, ümumi yükaşırma həcmində 3%-dən çox, təkərli texnikanın daşınmasında isə 7% dən çox artım olub.

Hesabat dövründə ayrı-ayrı sahələr üzrə ən böyük artımlardan biri Bakı Limanında aşırılan konteynerlərin sayında qeydə alınıb. Təkcə ötən il ərzində Bakı Limanında 76.775 TEU ekvivaletində konteyner aşırılıb ki, bu da 2023-cü illə müqayisədə 73%-lik artımın göstəricisidir.

2024-cü il ərzində Bakı Limanında qəbul edilən və yol salınan təkərli texinakaların sayı isə 58 169 ədəd olub ki, bu da bir əvvəlki illə müqayisədə 7.2%-lik artım deməkdir.

Eyni zamanda ötən il ərzində limanda aşırılan quru yükün həcmi 1 milyon 44 min tondan çox, vaqon sayı isə 37 515 ədəddən çox olub ki, bu göstəricilər də bir il əvvəlki illə müqayisədə artımdan xəbər verir.

Ümumi yükaşırmanın 5,3 milyon tondan çox hissəsi yəni 70% -i tranzit yüklərin payına düşür. Bu göstərici də üçüncü ölkələrin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərinə, xüsusən Orta Dəhlizə olan marağının nəticəsidir.

Ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərinə və regionun ən müasir logistika mərkəzi və limanı olan Bakı Limanına günü-gündən artan marağı, eyni zamanda sürətlə inkişaf edən infrastruktur və logistik əməliyyat imkanlarını nəzərə alaraq demək olar ki, cari ildə də müsbət statistik tendensiya davam etdiriləcək.

DCIM\100MEDIA\DJI_0069.JPG

Mənbə:https://www.facebook.com/BakuSeaTradePort