Qazaxıstan Gürcüstanın Poti limanında yeni terminalın inşasını başa çatdırır.
“Seanews.az” xəbər verir ki, Qazaxıstanın Gürcüstandakı səfiri Malik Murzalin bunu “İmedi TV”-yə bildirib.
“Bizim Batumidə yaxşı aktivlərimiz var – Batumi Dəniz Limanı və Batumi Neft Emalı Zavodu. Yaxın vaxtlarda biz Poti limanında 30 milyon dollar investisiya qoyulan yeni terminalın tikintisini başa çatdıracağıq”, – deyə səfir qeyd edib.
Əvvəllər xəbər verildiyi kimi, Gürcüstanın limanları və terminalları 2024-cü ildə 15,6 milyon ton yük aşırıb ki, bu da 2023-cü illə müqayisədə 5,8% çoxdur. Hazırda Gürcüstanda iki liman – Batumi və Potidə fəaliyyət göstərir. Əsas yük axını Potidən keçir.





