Fars körfəzində TƏHLÜKƏLİ VƏZİYYƏT – 900-dən çox gəmi kursunu itirdi

12

Fars körfəzində və Hörmüz boğazı yaxınlığında baş verən kütləvi naviqasiya pozuntusu nəticəsində 900-dən çox gəmi kursdan çıxıb.

Oxu.Az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

Bildirilir ki, balıqçı, yük gəmiləri və neft tankerləri daxil olmaqla yüzlərlə gəminin naviqasiya sistemləri qəfil dayanıb – onlar yalnız radar və kompaslarla hərəkət etməyə məcbur olublar. Bu isə toqquşma riskini artırıb.

Məlumatda qeyd olunur ki, bu hadisə İsrail-İran qarşıdurmasının gərginləşdiyi bir vaxta təsadüf edir.

Birgə Dəniz Məlumat Mərkəzi (JMIC) bu ərazidə, xüsusilə Bəndər-Abbas limanı yaxınlığında problemi qeydə alıb. Lakin Hörmüz boğazının blokadasına hazırlıq əlaməti aşkarlanmayıb.