Xəzər Dəniz Neft Donanması və Dəniz Nəqliyyatı Donanmasında 2024–2025-ci tədris ili üzrə yay istehsalat təcrübəsinə cəlb olunacaq Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) I, II və III kurs tələbələri üçün hazırlıq məqsədilə maarifləndirici təlim təşkil edilib.
Təlim zamanı gənclərə təcrübə müddətində fəaliyyət göstərəcəkləri gəmilər haqqında ümumi məlumat verilib, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi qaydaları, istehsalat sanitariyasının əsas prinsipləri və fərdi mühafizə vasitələrinin düzgün tətbiqi barədə ətraflı izahlar təqdim olunub.
Qeyd edək ki, tələbələrin yay istehsalat-üzmə təcrübəsi 03 iyul – 11 sentyabr tarixlərini əhatə edəcək.



