Azərbaycan Dövlət Dəniz Akademiyasının yaradılmasından 29 il ötür.
ADDA bu illər ərzində 170-dən çox ölkədə tanınan diplomu, müasir təhsil sistemi, beynəlxalq tərəfdaşlıqları və güzəştli sosial imkanları ilə minlərlə gəncin dənizçilik arzularına yol açıb.
Akademiyanın məzunları həm Azərbaycanda, həm də dünyanın tanınmış gəmiçilik şirkətlərində çalışırlar.
Azərbaycanda dənizçilik təhsilinin əsası hələ 144 il əvvəl – 1881-ci ildə “Bakı dənizçilik siniflərinin təşkili” ilə qoyulub. Bu ənənənin müasir davamçısı kimi, ADDA hazırda ölkəmizin və regionun aparıcı dənizçilik ali təhsil müəssisəsidir.
ADDA-nın müəllim və tələbə kollektivini təbrik edir, onlara yeni uğurlar arzulayırıq!