Sanksiya və risklər fonunda İran neftinə yeni marşrut axtarışı

96

Hörmüz boğazının bağlanması fonunda İrana məxsus iri neft tankerləri Çabahar limanı sahillərində gözləmə vəziyyətində qalıb.

Peyk görüntüləri və “Windward” dəniz kəşfiyyatı şirkətlərinin təhlillərinə əsasən, 6–8 supertanker Fars körfəzinin xaricində, Çabahar limanı yaxınlığında və ABŞ blokadası sərhədində boş vəziyyətdə dayanır.

“Vortexa Ltd.” şirkətinin məlumatına görə, təxminən 155 milyon barel İran xam nefti hazırda ya tranzitdə, ya da tankerlərdə saxlanılaraq dünya bazarına çıxarılma növbəsini gözləyir.

Mütəxəssislərin fikrincə, qurudakı anbarların və limanlardakı tankerlərin tam dolması İranı neft hasilatını müvəqqəti azaltmağa və ya quyuları bağlamağa məcbur edə bilər.

İran isə ixrac imkanlarını genişləndirmək məqsədilə 20–30 illik köhnə tankerləri yenidən istismara qaytarır. Gəmi izləmə məlumatlarına əsasən, 3 ildir heç bir yük daşımayan “Nasha” adlı 30 illik supertanker ötən həftə yenidən siqnal göndərməyə başlayıb və 2 milyon barel tutumlu bu gəmi Hark adasına doğru hərəkət edir.

Qeyd olunur ki, Hörmüz boğazının bağlanması qlobal neft tədarükünün təxminən 20 faizinə təsir göstərir.