Dəniz nəqliyyatında yüksək göstərici

173

AZCON Holding şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) tanker donanması 2026-cı ilin aprel ayında ümumilikdə 340 786 ton yük daşıyıb.

Şirkətin məlumatına görə, bu göstərici mart ayı ilə müqayisədə 37,3 faiz artım deməkdir. Belə ki, 2026-cı ilin mart ayında tanker daşımalarının həcmi 248 286 ton təşkil edib.

Yanvar–aprel aylarını əhatə edən dövrdə isə ASCO tankerləri ilə ümumilikdə 1 226 025 ton yükün daşınması təmin olunub.

#AZCON#ASCO