Yay məktəbində avarçəkmə və yelkən təlimləri keçiriləcək

103

Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) təşkilatçılığı ilə iyunun 29-dan etibarən avarçəkmə və yelkən idmanı üzrə yay məktəbi fəaliyyətə başlayacaq. Peşəkar məşqçilərin rəhbərliyi altında keçiriləcək təlimlər 7-10 yaş arası uşaqları əhatə edəcək.

Denizxeber.az bildirir ki, təlim müddətində uşaqlar xüsusi su idman geyimləri ilə təmin olunacaqlar. Bununla yanaşı, iştirakçılar üçün şəhərdaxili nəqliyyat və qidalanma xidməti də təşkil ediləcək.

Yay məktəbinin keçirilməsində əsas məqsəd uşaqlarda avarçəkmə və yelkən idmanına maraq oyatmaq, onlarda aktiv həyat tərzini təşviq etmək və komanda ruhunu inkişaf etdirməkdir.