Sərt dəniz əməliyyat – VİDEO

172

ABŞ hərbçiləri narkokartelin istifadə etdiyi gəmini batırıb

Denizxeber.az bildirir ki, ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində Ekvadorda fəaliyyət göstərən “Los Çoneros” narkoterror təşkilatının maraqları üçün istifadə edildiyi bildirilən su nəqliyyat vasitəsini ələ keçirərək batırıblar.

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının (SOUTHCOM) sentyabrın 7-də “X” sosial şəbəkəsində yaydığı açıqlamaya görə, batırılan gəmidən narkokartel tərəfindən yanacaqdoldurma məntəqəsi kimi istifadə olunub.

Komandanlıq bildirib ki, kəşfiyyat məlumatları su nəqliyyat vasitəsinin “Los Çoneros” narkoterror təşkilatının maraqlarına xidmət etdiyini təsdiqləyib.

Açıqlamada qeyd olunub ki, gəminin göyərtəsində olan şəxslər Ekvador hökumətinə təhvil veriləcək.

“Ekipaj üzvləri çıxarıldıqdan və baxış keçirildikdən sonra ABŞ Silahlı Qüvvələri gəmini batırıb”, – deyə SOUTHCOM-un bəyanatında bildirilib.

“Los Çoneros” Ekvadorun ən böyük və ən təhlükəli cinayətkar qruplaşmalarından biri hesab olunur. ABŞ isə regionda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlarını davam etdirir.