Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

13

Qalileya dənizində (Tiveriada gölü) su ehtiyatları son 100 ilin en aşağı göstəricisinə qədər azalıb.

Denizxeber.az İsrailin TPS-IL informasiya xidmətinə istinadən xəbər verir ki, 2025-2026-cı illər mövsümündə göl hövzəsinə düşən yağıntının miqdarı uzunmüddətli orta göstəricinin təxminən 90 faizini təşkil edib.

Bununla yanaşı, sentyabr ayında Aralıq dənizində suyun qeyri-adi dərəcədə bulanıqlaşması İsrailin su təchizatında ciddi çətinliklər yaradıb. Nəticədə ölkədə fəaliyyət göstərən duzsuzlaşdırma zavodlarının demək olar ki, hamısının işi müvəqqəti olaraq dayandırılıb.