Xəzər dənizində suyun çəkilməsi nəticəsində yeni quru əraziləri əmələ gəlib

10

Xəzər dənizinin şimalında, Kulalı adası yaxınlığında suyun səviyyəsinin aşağı düşməsi nəticəsində yeni quru əraziləri aşkar edilib.

Denizxeber.az “Kazinform”a istinadən xəbər verir ki, Qazaxıstan Xəzər Dənizi Tədqiqat İnstitutunun mütəxəssisləri 2021-2026-cı illərə aid peyk şəkillərini təhlil edərək Rıbaçi yarımadasının qərbində və Tyuleniy adaları arxipelaqının bir hissəsi olan Kulalı adasının şərqində dəniz dibinin üzə çıxdığını müəyyən ediblər.

Qazaxıstan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, dənizin dayazlaşması ilə əlaqədar bu proses bir neçə ildir davam edir, lakin yeni torpaq sahələrinin dəqiq ölçüsü hələ müəyyənləşdirilməyib. Kulalı hidroloji stansiyasının göstəricilərinə əsasən, 2026-cı ilin iyul ayında suyun orta səviyyəsi mənfi 29,42 metr (BDS) təşkil edib.