İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

18

Türkiyənin üçüncü ən böyük şəhəri olan İzmirin körfəzində sualtı nəqliyyat tunelinin tikintisi planlaşdırılır. Layihə Egey regionunun həmin hissəsində nəqliyyat sıxlığı və tıxac probleminin həllinə imkan verəcək.

Denizxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuqay hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sıralarına qoşulduqdan sonra bu meqalayihənin həyata keçirilməsi planını açıqlayıb.

Cemil Tuqayın sözlərinə görə, sualtı tuneldən dəmir yolu xətti də keçəcək və bu, İzmirin Qaziemir və Mavişehir rayonları arasında metro qatarlarının maneəsiz hərəkətini təmin edəcək. Bələdiyyə sədri layihənin icrası üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın razılığının alındığını bildirib. Bundan əlavə, şəhərdə ikinci dairəvi avtomobil yolunun tikintisi də müzakirə mövzusudur.