SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb

12

Hörmüz boğazında 2 milyon bareldən çox xam neft daşıyan supertankerin minaya toxunması nəticəsində partlayış və güclü yanğın baş verib. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumata görə, tanker bütün mövqeləndirmə və radar sistemlərini söndürərək Hörmüz boğazından icazəsiz marşrutla keçməyə cəhd göstərib. Gəminin heyəti bu məqsədlə ABŞ hərbçilərinin dəstəyindən yararlanmağa çalışıb.

Hadisə nəticəsində zərər çəkən tankerin adı, eləcə də insidentin baş verməsinin dəqiq vaxtı və yeri hələlik açıqlanmır.