Gəncəyə törədilən növbəti raket terrorundan altı il ötür

11

İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən beşinci dəfə raket hücumuna məruz qalmasından altı il ötür.

Denizxeber.az xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən Gəncənin mərkəzindəki Cavadxan qəsəbəsini “SCUD/Elbrus” əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.

Bu xain terror aktı nəticəsində 15 mülki şəxs şəhid olub, 55-dən çox insan yaralanıb, mülki infrastruktur və yaşayış evlərinə ağır ziyan dəyib. Ümumilikdə müharibə dövründə Gəncəyə edilən 5 raket hücumu nəticəsində 26 nəfər həyatını itirib, 175 sakin isə xəsarət alıb.