Füzuli şəhərinin işğaldan azad edilməsindən altı il ötür

13

Bu gün Füzuli şəhərinin erməni işğalından azad edilməsindən altı il ötür.

Denizxeber.az bildirir ki, 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində növbəti tarixi zəfərə imza atıb.

Prezident İlham Əliyev özünün “X” sosial şəbəkə hesabında Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndlərinin və Füzuli şəhərinin işğaldan tam azad olunduğunu elan edib. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən, hər il oktyabrın 17-si ölkəmizdə təntənəli şəkildə Füzuli Şəhəri Günü kimi qeyd olunur.