Meksika sahillərində gəmi qəzası baş verib: 11 nəfər itkin düşüb

12

Meksikanın Aşağı Kaliforniya ştatının Sakit Okean sahillərində gəminin batması nəticəsində 11 nəfər itkin düşüb. Bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, hadisə Ensenadadan təxminən 225 kilometr qərbdə qeydə alınıb. ABŞ-nin Sahil Mühafizəsi gəmidən 16 nəfəri xilas edə bilib. Meksika konsulluğunun açıqlamasına əsasən, xilas edilənlər Meksika vətəndaşlarıdır.

Hadisə zamanı xilas olunanlardan birini köpək balığı dişləyib, daha iki nəfərin isə vəziyyəti ağırdır. Yaralılar helikopterlə San-Dieqodakı xəstəxanalara çatdırılıb. Hazırda ABŞ və Meksika donanmaları itkin düşən şəxslərin tapılması üçün axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. Qəzanın başvermə səbəbləri araşdırılır.