Səudiyyə Ərəbistanı sahillərindəki Əl-Cübeyl şəhərindən 68 dəniz mili şimal-şərqdə yerləşən tanker naməlum mərminin atəşinə məruz qalıb. Bu barədə “Al Jazeera” Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinə (UKMTO) istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, insident ötən gün qeydə alınıb. Hücumdan sonra gəminin heyəti tam şəkildə təxliyə edilib.
Mütəxəssislər hadisə nəticəsində ətraf mühitə hər hansı bir mənfi təsirin və ya çirklənmənin dəymədiyini bildiriblər. Lakin atılan mərminin mənşəyi və hücumun hansı şəraitdə baş verdiyi hələlik açıqlanmır.





