2020-ci il oktyabrın 18-də Xudafərin körpüsü işğaldan azad edilib

20

2020-ci il oktyabrın 18-də Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır.

Denizxeber.az xatırladır ki, Prezident İlham Əliyev xalqımıza növbəti qələbə müjdəsini verir, 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuş Xudafərinin azad olunduğunu bildirir.

“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”

Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazılır.