Hörmüz boğazında daha bir supertanker minaya düşərək zədələnib

16

Hörmüz boğazını keçməyə çalışan daha bir supertanker minaya düşüb.

Denizxeber.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu məlumat yayıb.

Bildirilib ki, naviqasiya sistemlərini söndürən supertanker alternativ cənub marşrutu ilə Hörmüz boğazından çıxmağa çalışarkən minaya toxunub və zərbə onun mühərrik bölməsində partlayışa səbəb olub. Partlayışdan sonra tanker səyahətinə davam edə bilməyib.

Hadisə ilə bağlı hələlik əlavə məlumat yoxdur.