#BizimDənizçilər layihəsi çərçivəsində bu dəfə “Aframax” tipli “Qarabağ” tankerinin iki azərbaycanlı heyət üzvünü sizə təqdim edirik.
Fərqli vəzifələrdə çalışsalar da, onları ortaq məqsəd birləşdirir: işlərini peşəkarlıqla və məsuliyyətlə yerinə yetirmək, Azərbaycan dənizçiliyini dünya sularında layiqincə təmsil etmək.







