Türkiyənin ilk üzən hasilat platforması “Osman Qazi” Qara dənizdəki xidmət yerinə yola salınıb

10

Türkiyənin ilk üzən hasilat platforması olan “Osman Qazi” infrastrukturunun inşa edildiyi Filyos limanından Qara dənizdəki xidmət yerinə yola salınıb.

Denizxeber.az bildirir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “X” sosial şəbəkə hesabında bildirib.

“Sakarya qaz yatağında təbii qaz hasilatını iki dəfə artıracaq bu mühüm investisiyanın həyata keçirilməsində əməyi olan hər kəsi təbrik edirəm”, – o bildirib.