“Azərbaycan bayrağı sadəcə bayraq deyil. O, bizim azadlığımızdır, suverenliyimizdir!”

11

Bu gün ölkəmizin hər bir guşəsində, suveren torpaqlarımızda – Ağdamda, Füzulidə, Xocalıda, Xocavənddə, Kəlbəcərdə, Laçında, Zəngilanda, Cəbrayılda və işğaldan azad edilmiş bütün digər diyarımızda, həmçinin hər bir qarış müqəddəs torpağımızda üçrəngli şanlı bayrağımız əzəmətlə dalğalanır!

Dövlət Bayrağı Günü münasibətilə xalqımızı və müzəffər Ordumuzu ürəkdən təbrik edirik. Qoy hər zaman ş гоrlə dalğalanan üçrəngli bayrağımız Azərbaycanın əbədi müstəqilliyinin, qüdrətinin və zəfərinin simvolu olsun!

Eşq olsun Azərbaycan Bayrağına! Yaşasın müstəqil Azərbaycan!