AZCON Holding-in icraçı direktoru Şahin Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru ilə görüş keçirib – FOTO

41

AZCON Holding-in icraçı direktoru Şahin Babayev Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə rifah məsələləri üzrə regional direktoru Abebe Aduqnanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Denizxeber.az bildirir ki, görüş zamanı dövlət müəssisələrində əməliyyat səmərəliliyinin artırılması, proseslərin təkmilləşdirilməsi və bu istiqamətlərdə mümkün maliyyələşmə imkanları müzakirə edilib.

Tərəflər, həmçinin potensial əməkdaşlıq istiqamətləri və birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.