Denizxeber.az bildirir ki, Xəzər dənizi qurumağa davam edir və son illərdə proses sürətlənib.
Dənizin çəkilməsi nəticəsində ortaya çıxan adaların sayı artıb. Quruma Azərbaycan sahillərində də sürətlənib. Bəzi yerlərdə təyin edilmiş sahil xətti ilə faktiki su hüdudları arasındakı məsafə 800 metrə çatıb. Ümumilikdə Xəzərin Azərbaycan sektorunda 30 min hektar ərazi suyun altından çıxıb. Bakı bulvarı boyu sahil xətti 15-20 metr geri çəkilib. Zığ sahillərindəki “Qum adası” artıq quruya birləşib.
Rusiya və Qazaxıstan sahillərində vəziyyət daha pisdir.





