Azərbaycan Dövlət Dəniz Akademiyası ölkədə fəaliyyət göstərən müxtəlif gəmiçilik şirkətlərinin sifarişi əsasında həmin şirkətlərin əməkdaşları üçün mütəmadi olaraq təkmilləşdirmə və ixtisasartırma kursları keçirir. Bu kurslarda fiziki şəxslər də iştirak etmək imkanından yararlana bilirlər. Fevral ayının 10-dan ADDA-da növbəti kurslar başlayıb. ...
Yaponiyanın Okinava prefekturasının sahillərində gəminin qəzaya uğraması nəticəsində 3 nəfər itkin düşüb. “Report” xəbər verir ki, məlumatı TASS yayıb. Bildirilib ki, hazırda 7 nəfər gəminin yaxınlığında üzmə gödəkçələri ilə suda üzürlər. Yaponiyanın müvafiq qurumları hadisə yerinə gəmi və xilasedicilər göndərib. Qəzaya uğrayan gəminin Çində qeydiyyata alındığı...
Göyərtəsindəki heyvanlarda xəstəlik şübhəsi ilə iki aydan çox dənizdə qalan “Karim Allah” adlı gəmi İspaniyaya qayıdıb. “Seanews.az” xəbər verir ki, ötən il dekabrın 17-də İspaniyadan Türkiyəyə səfərə çıxmış gəminin göyərtəsində 1000-ə yaxın heyvan var. Sağlamlıq sənədlərinin qaydasında olmasına baxmayaraq, Türkiyə hökuməti...
Sumqayıt Texnologiyalar Parkı (STP) bir neçə ildir başlatdığı ənənənin davamı olaraq “STP Təcrübə Proqramı – 2021” adlı ödənişli təcrübə layihəsinə start verir. Layihənin başlıca məqsədi təhsilini yeni bitirmiş, iş təcrübəsi olmayan, lakin öyrənməyə meyilli gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinə...
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Xıllı Balıq" MMC-ni dövlət qeydiyyatına alıb. "Report" xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Neftçala rayonu, Xıllı qəsəbəsi, nizamnamə kapitalı 3 102 007 manat, qanuni təmsilçisi isə Elşad Kənan oğlu Əhmədovdur.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətində yeni kadr təyinatı olub. Oxu.Az-ın məlumatına görə, jurnalist Elmar Həbibli QSC-nin mətbuat xidmətinin rəhbəri təyin edilib. Qeyd edək ki, E.Həbibli bu təyinata qədər “Xəzər” Televiziyasında çalışıb.
Martın 1-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı olub. "Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Yeni inzibati bina ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada...
Abşeronun dayaz sularında (SWAP layihəsi) birinci kəşfiyyat quyusunun qazılması üçün bütün zəruri icazələr alınıb. Bu barədə Trend-ə BP şirkətindən bildiriblər. Layihə çərçivəsində Abşeron yarımadasının dayaz sularında üç perspektiv sahədə kəşfiyyat quyularının qazılması planlaşdırılır. Qazma işləri birinci qurğunun qazıntısı üçün seçilmiş qazma...
Bu ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” qeyri-neft sektoru üzrə 14,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. “Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir. Məlumata...
Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması və ilk “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat...

SON XƏBƏRLƏR