Prezident və birinci xanım “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması mərasimində iştirak edib

483

Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması və ilk “Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.