Yeni qüvvəyə minən və gözlənilən dəyişikliklərin siyahısı.

1321

1 yanvar 2013: 2011-ci ilin may ayının SOLAS Konvensiyasına edilmiş əlavə və dəyişikliklər qüvvəyə minir

 SOLAS- III/1 qaydasına əlavə edilmiş yeni 5-ci paraqraf Beynəlxalq  Xilasetmə Avadanlağı haqqında Məcəllənin (LSA) tələblərinə cavab verməyən xilasedici qayıqların suya endirilmə avadanlıqlarının gəminin 1 iyul 2014-cü il tarixindən sonra növbəti ilk quru dok təmiri zamanı (lakin 1 iyul 2019-cu il tarixindən gec olmayaraq) dəyişdirilməsi tələbini əlavə edir.

 SOLAS üzrə bu əlavələr xilasedici qayıqların suya endirilməsi zamanı bədbəxt hadisələrin qarşısı alınması məqsədilə xilasedici qayıqların suya endirilməsi və qaldırılması sistemi üzrə yeni, daha ciddi təhlükəsizlik standartlarının tədbiq edilməsi məqsədini daşıyır və böyük sayda xilasedici qayıqların suya endirilməsi qarmaqlarının qiymətləndirilməsini və dəyişdirilməsini tələb edir.

 1 yanvar 2013: 2011-ci ilin iyul ayında MARPOL Konvensiyasına edilmiş əlavə və dəyişikliklər qüvvəyə minir

 VI Əlavə enerji səmərəliliyi

MARPOL Konvensiyasının gəmilərdən havanın çirklənməsinin qarşısının alınması haqqında VI Əlavəsinin Qaydalarına dəyişikliklərlə, yeni gəmilər üçün “Enerji Səmərəliliyi Dizayn Indeksi”ni (EEDI) və bütün gəmilər üçün “Gəmilərin Enerji Səmərililiyinin İdarə edilməsi Planı”nı  (SEEMP) məcburi edən yeni 4-cü bölmə əlavə edilmişdir. Əlavə VI olunan digər düzəlişlər yeni anlayışları və “Enerji Səmərəliliyi üzrə Beynəlxalq Sertifikat”ın forması daxil olmaqla, gəmilərin yoxlanılması və sertifikatın verilməsi üzrə tələbləri müəyyən edir.

Bu qaydalar tam tutumu 400 ton və ondan artıq olan bütün gəmilərə şamil olunur. EEDI hər hansısa bir konkret vasitə ilə bağlı olmayan göstəricilərlə əlaqədar mexanizmdir və gəmi tikintisi zamanı istifadə olunan texnoloqiyalarda seçimə yol verir.

Qaydalarla müəyyən olunmuş enerji səməriliyi üzrə tələb olunan səviyyənin əldə olunması üçün,  gəmi dizaynerləri və inşaatçıları maliyyə cəhətdən ən ənverişli yolların istifadəsində azaddırlar.

SEEMP gəmi operatorları üçün gəmilərin enerji səmərəliliyinin artırılması  mexanizmini yaradır.

 Əlavə VI emissiyalar

MARPOL Konvensiyasının “Havanın gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair” VI Əlavəsinə edilən dəyişikliklərlə Puerto-Rico (ABŞ) və Vircin adalarının (ABŞ) sahilləri ətrafındakı sular azot (NOx) və kükürd oksidlərinin (SOx) tullantılarına nəzarət üzrə Emissiyalara Nəzarət Ərazisi (ECA) kimi müəyyən edilir.

Eyni zamanda dəyişikliklər Şimali Amerika və Amerika Birləşmiş Ştatlarının Karib dənizinin ECA ərazilərində buxarla işləyən köhnə gəmiləri kükürd üzrə tələblərdən azad edir.

Yeni ECA ərazilərində tələblər dəyişikliklərin qüvvəyə minməsindən 12 ay sonra tədbiq ediləcəkdir.

 Əlavə IV çirkab sular

MARPOL Konvensiyasının “Dənizin gəmilərdən çirkab sularla çirklənməsinin qarşısının alınmasına dair” IV Əlavəsinə edilən dəyişikliklər sərnişin gəmilərindən bu cür çirkləndirmələrin qarşısının alınması üçün “Xüsusi Ərazilər”in təsis edilməsi imkanlarını daxil edir və Baltik dənizini bu Əlavə üçün Xüsusi Ərazi kimi müəyyən edir.

 Əlavə V zibil

MARPOL Konvensiyasının “Dənizi gəmilərdən zibillə çirkləndirilməsinin qarşısı alınmasına dair” V-ci Əlavəsinin Qaydaları müassir tələblərə cavab vermək məqsədi ilə yenidən baxılmışdır.

Əsas dəyişikliklər anlayışların yeniləşdirilməsini; dənizə bütün zibil növlərinin (müəyyən hallarda qida tullantıları, yük qalıqları, tərkibində dəniz mühitinə zərər vurmayan təmizləyici vasitələr olan gəmi göyərtəsinin və ya gəminin digər hissələrinin yuyulmasında istifadə edilən sular istisna olmaqla) atılmasına qadağa qoyulmasını; dəniz dibi yataqlarının kəşfiyyatına və ya istismarına cəlb olunan platformalarda məlumat lövhələrinə və zibil idarəetmə planlarına dair tələblərin genişləndirilməsini; və heyvan cəsədləri üzrə tələblərin əlavə olunmasını əhatə edir.

 1 avqust 2013: MARPOL Konvensiyasına 2012-ci ildə edilmiş əlavə və dəyişikliklər qüvvəyə minir

MARPOL Konvensiyasının I, II, IV, V və VI Əlavələrinə edilən dəyişikliklər inkişafda olan kiçik ada dövlətlərinin regional tədbirlər vasitəsilə liman Dövlətlərinin limanları gəmi tullantıları üçün qəbuledici qurğularla təmin etmək öhdəliklərinin yerinə yetirilməsinə dəstək məqsədini daşıyır. Regional tənzimləmədə iştirak edən Tərəflər “Qəbuledici Qurğular üzrə Regional Plan” hazırlamalı və müəyyən olunmuş Regional Gəmi Tullantılarının Qəbul edilməsi Mərkəzlərinə və məhdud imkanları olan limanlara dair məlumatları təqdim etməlidirlər.

1 yanvar 2014: MARPOL Konvensiyasına 2010-cu ilin oktyabr ayında edilmiş əlavə və dəyişikliklər qüvvəyə minir

 MARPOL Konvensiyasının III Əlavəsi olan “Dənizlə qablaşdırılmış formada daşınan zərərli maddələrlə çirkləndirmənin qarşısının alınmasına dair” Qaydalara edilmiş əlavə və dəyişikliklər məcburi hüquqi qüvvəyə malik “Dənizlə təhlükəli yüklərin daşınması haqqında” Beynəlxalq Məcəllənin növbəti yenilənməsinə uyğun olaraq qəbul edilmişdir və, həmin yüklər müvafiq müddəalara uyğun olaraq daşınmasını xüsusi qeyd edir.

 1 yanvar 2014: Birləşmiş Ştatlar Karib ECA qüvvəyə minir

Birləşmiş Ştatlarının Karib dənizi üzrə Emissiyaların Nəzarət Ərazisi (SOx, NOx və PM) MARPOL-un VI Əlavəsi uyğun olaraq qüvvəyə minir.

 1 yanvar 2014: SOLAS Konvensiyasına 2012-ci may ayında  edilmiş əlavə və dəyişikliklər qüvvəyə minir

Aşağıda göstərilənlərə əlavə və dəyişikliklər edilmişdir:

  1. SOLAS Konvensiyasının II-1/8-1 qaydası daşqın qəzasından sonra gəminin  limana təhlükəsiz qayıtması üçün Kapitanı operativ məlumatla təmin etmək məqsədilə gəminin tarazlığı üzrə kompüterə və ya sahildən dəstəyə dair məcburi tələbləri əhatə edir.
  2. Sərbəst enən xilasedici qayıqların sınaqları haqqında SOLAS Konvensiyasının III/20.11.2 qaydasına əsasən, sərbəst suya enən xilasedici qayıq sisteminin operativ sınağı yalnız gəmidəki operativ heyət tərəfindən gəmidə və ya simulyatorla sərbəst enmə formasında həyata keçirilməlidir.
  3. Gəmilərin heyətlə komplektləşdirilməsinə dair SOLAS Konvensiyasının V/14 qaydası, tələb edir ki, Administrasiyalar hər bir gəmi üçün Beynəlxalq Dəniz Təşkilatı tərəfindən qəbul olunmuş təlimatı (minimum təhlükəsiz heyət komplektləşdirmə prinsiplərinə dair Assembleya qətnaməsi A.1047(27)) nəzərə almaqla şəffaf prosedurlar əsasında minimum təhlükəsiz heyət komplektləşdirmə səviyyələrini yaratmalı, habelə müvafiq təhlükəsiz heyət komplektləşdirmə sənədi və ya zəruri hesab edilən minimum təhlükəsiz heyət komplektləşdirilməsini sübut edən ekvivalent sənəd verməlidirlər.
  4. SOLAS Konvensiyasının VI-cı fəslinə yeni SOLAS VI/5-2 qaydası əlavə edilir və bu səfər zamanı maye yüklərin qarışdırılmasını və gəmidə istehsal proseslərini qadağan edir.
  5. SOLAS Konvensiyasının VII-ci fəsli sənədlərdə 4-cü qaydanı əvəz edir və bu təhlükəli yüklərin qablaşdırılmış formada daşınması və konteyner/avtomobil qablaşdırılması şəhadətnaməsinə dair nəqliyyat məlumatını əhatə edir.
  6. SOLAS Konvensiyasının genişlənmiş yoxlamalar üzrə XI-1 fəslinin XI-1/2 qaydası, Neft tankerləri və quru yük daşıyanların yoxlanılması zamanı yoxlamaların genişləndirilmiş proqram üzrə Beynəlxalq Məcəlləni məcburi edir (2011 ESP Məcəlləsi, qətnamə A.1049(27)).

 1 yanvar 2014: Yük Nişanı haqqında Beynəlxalq Konvensiyanın Protokoluna edilmiş əlavə və dəyişikliklər

 1966-cı il tarixli Yük Nişanı (LL) haqqında Beynəlxalq Konvensiyanın 1988-ci il Protokolunun 47 qaydasına edilmiş əlavə və dəyişikliklər Qış Mövsümü Zonasını Afrikanın cənub qurtarcağından daha 50 millik məsafə cənub istiqamətinə artıraraq dəyişir.

 8 iyun 2015: 1996-cı il tarixli Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması Protokoluna edilmiş əlavə və dəyişikliklər

 Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında Konvensiyanın 1996-cı il tarixli Protokolunda məsuliyyətin məhdudlaşdırılmasının artırılmasına dair əlavə və dəyişikliklər 2012-ci ilin aprel ayında qəbul edilmişdir.

Yeni məhdudiyyətlər:

1996-cı il Protokoluna edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq məhdudiyyətlər aşağıdakı kimi müəyyən edilmişdir:

Tutumu 2000 tona qədər olan gəmilərdə baş vermiş həyat itkisi və ya zədələnmə üzrə tələblər üçün  məsuliyyətin məhdudlaşdırılması 3.02 milyon SDR (mövcud 2 milyon SDR-dən).

Daha böyük gəmilər üçün aşağıda göstərilmiş əlavə məbləğlər məhdudiyyət məbləğini hesablamaq üçün istifadə olunur:

  • 2001 tondan 30000 tonadək hər bir tona görə – 1208 SDR (mövcud 800 SDR-dən)
  • 30 001 tondan 70 000 tonadək hər bir tona görə – 906 SDR (mövcud 600 SDR-dən)
  • 70 000 tondan artıq olduqda hər bir tona görə — 604 SDR (mövcud 400 SDR-dən).