Домой Xəbərlər Rusiyanın “Uqliç” kiçik raket gəmisinin Bakıya səfəri başlayıb

Rusiyanın “Uqliç” kiçik raket gəmisinin Bakıya səfəri başlayıb

288
0

Rusiya Xəzər Dəniz Donanmasının komandanı kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə “Uqliç” kiçik raket gəmisinin Bakıya səfəri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rusiyanın nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Sonra nümayəndə heyətinin üzvləri Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıblar, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Ziyarətdən sonra kontr-admiral S. Pinçukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanının vəzifələrini icra edən I dərəcəli kapitan Hicran Rüstəmzadə ilə görüşüb.

Sentyabrın 30-dək davam edəcək səfər çərçivəsində Rusiya nümayəndə heyətinin bir sıra görüşləri, eləcə də “ADEX 2016” İkinci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here