Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın Baş katibinin Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin rəhbərliyiiləgörüşü.

340

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın Baş katibi, səfir Altay Əfəndiyev və qurumun iqtisadi koordinatoru Səbuhi Tamirov Azərbaycana səfərləri çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktorunun müavini Vahid Əliyev və Aparat rəhbəri Aynur Arazova ilə görüşüblər.
Görüş çərçivəsində qonaqlara limanın gördüyü işlər, gələcək perspektivləri barədə məlumat verilib. Həmçinin də Ələt qəsəbəsində inşa edilən yeni Bakı limanı və yaxın gələcəkdə yaradılacaq Ələt Azad Ticarət Zonasının bütün regionun nəqliyyat və logistika şəbəkəsinə təsir göstərəcəyi qeyd olunub.