Türkiyədə SOCAR-in tikdiyi Petlim konteyner terminalı bu həftə işə başlayır

385

Türkiyənin Petkim neft-kimya holdinqinə məxsus Petlim limanının konteyner terminalı bu həftə ərzində layihənin icrasının ilk mərhələsi çərçivəsində əməliyyat fəaliyyətinə bəşlayacaq.

Trend-in Türkiyənin ictimaiyyəti məlumatlandırma idarəsinin saytına istinadən verdiyi məlumata görə, layihənin ilk mərhələsində limanın yükləmə və boşaltma qabiliyyəti 800 min TEU (iyirmi-futluq ekvivalent) təşkil edəcək.

Hazırda Türkiyədə 10 iri konteyner limanı fəaliyyət göstərir.