Obama Arktika və Atlantik sularında neft yataqlarının istismarını qadağan edib

808

ABŞ-ın hazırkı prezidenti Barak Obama çərşənbə axşamı Atlantik okeanı və Arktikadakı dövlət sularında yeni neft-qaz yataqlarının işlənməsini qadağan edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Ekoloqlar hesab edirlər ki, yeni seçilmiş prezident Donald Trampın Administrasiyası qadağanı sadəcə ləğv edə bilməz, amma bununla bağlı məhkəmə iddiası qaldıra bilər.

Qadağa Çukot dənizinin Alyaska sahilləri, Bofort dənizi və Atlantik okeanının Yeni İngiltərədən Çesapik körfəzinə qədər olan sulara aiddir.