Gəmiçilikdə əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə xidmət edən təlimlər keçirilib

1029

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşları üçün növbəti təlimlər keçirilib.  Əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, fəaliyyətin beynəlxalq tələblərə uyğun qurulması Gəmiçiliyin əsas hədəflərindəndir.

Gəmiçiliyin müvafiq işçiləri üçün nəzərdə tutulan bu təlimlər Beynəlxalq Dəniz Təşkilatının (İMO) 6.09 model kursu üzrə   “Təlimçinin təlimi və   İMO-nun 3.12 və 1.30 model kursları üzrə “Dənizçilik sahəsində səlahiyyətli imtahan götürən” istiqamətləri əsasında  keçirilib.

İnteraktiv formada təşkil olunan məşğələləri  Gəmiçiliyin Təlim Tədris Mərkəzinin direktoru Emil Manafov və kapitan Titos Giannakakis aparıb.  Dinləyicilərin tədris prosesində üzləşdikləri çətinliklər, kursların təşkili, proqramların müasirləşdirilməsi ilə bağlı suallara yerindəcə ətraflı cavab verilib.