“Qızıl bayt 2017” müsabiqəsi

1295

STEP Kompüter Akademiyasının Bakı filialı Təhsil Nazirliyinin dəstəyilə Azərbaycanda “Qızıl bayt 2017” Beynəlxalq kompüter istedadları çempionatı keçirməyi nəzərdə tutur. İstedadlı məktəbli və tələbələrin cəlb edilməsilə keçiriləcək çempionatın məqsədi Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafının stimullaşdırılması, istedadlı gənclərin dəstəklənməsi, onlara dünya miqyaslı mütəxəssislərlə ünsiyyət imkanının yaradılması və onların uğurlarının beynəlxalq aləmdə tanıdılmasıdır.

Layihədə iştirak etmək istəyənlər İnformasiya-resurs mərkəzinə müraciət edə bilərlər.