Bakı Limanı tornaçı vəzifəsi üzrə vakansiya elan edib

3818

Karyera

Limanda həyata keçirilən əməliyyatları və liman idarəçiliyinin müxtəlif sahələrinə cəlb olunmuş təxminən 600-dan çox peşəkar Bakı Limanı üçün işləyir. Biz sağlam və təhlükəsiz iş mühiti, karyera yüksəlişi, təlim və peşəkar inkişaf imkanları təklif edirik və bərabər imkanlar təklif edən işə götürənlər kimi, bərabərlik və müxtəliflik dəyərlərinə sadiqiq.

Məqsədimiz dünya miqyaslı şirkət – Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilmək və ən təkmil təcrübələri ölkəyə gətirməkdən ibarətdir.

Öz Tərcümeyi-halınızı gələcək imkanlar üçün [email protected] email ünvanına göndərməyinizi xahiş edirik.

Mövcud vakansiyalar: 

VƏZİFƏ: TORNAÇI

Əsas vəzifə və öhdəliklər:

  • Universal torna dəzgahlarında metal və müxtəlif materialları kəsici və emaledici alətlər vasitəsi ilə kəsmək, yonmaq, yiv açmaq və müxtəlif konfiquryasiyalı işləri həyata keçirmək;
  • Verilmiş tapşırıq parametrləri çərçivəsində işi planlaşdırmaq;
  • İş tapşırığını yerinə yetirmək üçün texniki təlimatlara uyğun olaraq avadanlığı işə salmaq, istismar etmək və söndürmək;
  • Texniki tələblərə cavab vermək baxımından istismar prosesi zamanı avadanlıqlara və əməliyyatlara nəzarət etmək və müvafiq düzəlişlər etmək;
  • İş sahəsini təsərrüfat standartlarına uyğun saxlamaq;

Bilməlidir:

  • Dəzgahların iş prinsipi və qurulması, torna dəzgahlarının konstruktiv xüsusiyyətləri və torna dəzgahlarının universal mexanizmlərinin dəqiqliklə yoxlanması qaydaları;
  • Detalların dəzgahda qurulma və yoxlanma üsulları;
  • Xüsusi torna qurğularının işlətmə qaydaları, kəsmə rejimləri;
  • Mürəkkəb torna əməliyyatları üçün sürət və iş prinsipi;

Maraqlanan namizədlər vakansiyanın adını qeyd etməklə CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.