SOCAR-ın Nəqliyyat İdarəsi açıq hərrac keçirəcək

1231

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat İdarəsi nəqliyyat vasitələrinin ehtiyat hissələrinin özgəninkiləşdirilməsinə dair açıq hərrac keçirəcək.
“Report” SOCAR-a istinadən xəbər verir ki, hərracda iştirak etmək istəyən şəxslər vahid ərizə formasını aşağıdakı sənədlərlə birlikdə aprelin 17-i, saat 17:30-a qədər Hərrac Komissiyasına (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 73 ünvanına) təqdim etməlidirlər.
– Hərracın nəticələrinə uyğun olaraq qalibi olduğu təqdirdə material qiymətlərinin mütləq alınacağı barədə təminat məktubu;
– fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
– hüquqi şəxslər üçün təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti;
– malın dəyərinin 10%-i qədər behin (5 268,07 manat) köçürülməsini təsdiq edən sənədin surəti;
Əlaqələndirici şəxs Elnur Abdullayevdir. Telefon: (+994 12) 521-32-67, (+994 50) 843 50 65. E-poçt: [email protected] və yaxud [email protected].
Hərrac aprelin 18-də, saat 11.00-da qeyd olunan ünvanda keçiriləcək. Əgər sənədlərin surəti Hərrac Komissiyasının əlaqələndirici şəxsinin elektron poçt ünvanına göndərilərsə, sənədlərin əsli hərrac təkliflərinin təqdim edilməsinin son gününə qədər Komissiyaya təqdim olunmalıdır.