Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi açıq müsabiqə keçirir

704

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tibbi avadanlıq, habelə gəminin 3D layihələndirilməsi və işçi-konstruktor sənədlərinin hazırlanması üçün nəzərdə tutulan ixtisaslaşdırılmış proqram təminatı məhsulunun tətbiqinə aid texniki tapşırğın alınması məqsədilə açıq müsabiqə elan edib.

“Report”un dövrü mətbuata istinadən verdiyi xəbərə görə, müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət aprelin 19-u saat 18:00-dəkdir.

Zəruri sənədlər Bakı şəhəri, M.Ə.Rəsulzadə küçəsi 5 (012) 493 41 52) ünvanına təqdim edilməlidir.