TTSİ-nin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzinin “Yanğın Poliqonu”nda “Yanğınla mübarizə” geniş proqram üzrə kursunun praktiki hissəsində “Açıq dərs” keçirilmişdir

1063

Açıq dərs zamanı SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin, “Neftqaztikinti” trestinin və SOCAR ilə birgə müəssisə olan “SOCAR – AQŞ” MMC-nin əməkdaşlarına tüstülü və zəhərli mühitdə xəsarət alanların xilas edilməsi, xəsarət alan şəxslərə ilkin tibbi yarımın göstərilməsi, yanğın zamanı odsöndürən vasitələrlə süni yaradılan yanğını söndürülməsi, yanğınla mübarizənin və ona rəhbərlik edilməsini təşkili, qurğular və avadanlıqlar vasitəsilə insanların və əşyaların xilas edilməsi, yanğınsöndürmədə istifadə edilən qurğular, nasoslar və digər avadanlıqlar və yanğınsöndürənin şəxsi mühafizə təchizatı və rabitə avadanlıqları mövzularına dair praktiki təlimlər keçirilmişdir.