Çin öz istehsalı olan ilk təyyarə daşıyan gəmisini suya buraxıb.
“Report” “Sinxua”ya istinadən xəbər verir ki, gəmi 2020-ci ildən tez silahlandırılmaya qəbul edilməyəcək.
Döyüş gəmisi bir çox sınaqlardan keçəcək.
Hazırda Çin Hərbi Dəniz Qüvvələrinin ixtiyarında “Lyaonin” təyyarə daşıyan gəmisi var. O, Çində keçmiş Sovet ağır təyyarə daşıyıcısı olan “Varyaq”ın bazasında tikilib.