Azərbaycan nefti 74 dollar həddini keçdi

461

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,55 dollar/barel çoxdur.

DenizXeber.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 18-də 74,04 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,54 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 18-də 69,63 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,69 dollar/barel çoxdur.

 Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə aprelin 18-də 73,42 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,57 dollar/barel çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır