Azərbaycanda yeni növ avtomobil və gəmi yanacağı istehsal ediləcək

599

“SOCAR Methanol” şirkəti istehsalat xəttini genişləndirmək niyyətindədir.

Panorama.az-ın trend-ə istinadən məlumatına görə, bunu şirkətin direktoru Elnur Mustafayev deyib.

E.Mustafayev bildirib ki, hazırda “SOCAR Methanol” zavodunda texniki və analitik metanol istehsal olunur:

“Biz qısamüddətli perspektivdə əlavə dəyərin yaradılması üçün istehsal olunan məhsul xəttini genişləndirmək istəyirik. Söhbət həm də mühərrik yanacağı və formaldehid qismində metanol istehsalından gedir”.

Şirkət direktoru qeyd edib ki, metanol mühərrik yanacağı qismində avtomobillərdə və gəmilərdə istifadə oluna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır