Yelkənli İdman Federasiyasının komandası Avropa çempionatında iştirak edib

590

Yelkənli İdman Federasiyasının “Laser” sinfi üzrə milli komandası Avropa Laser4.7 çempionatında iştirak edib.

Federasiyadan APA-ya bildirilib ki, “Laser” sinfi üzrə milli komanda Yunanıstanın Patra şəhərində keçirilən yelkənli qayıqların “Laser 4.7” sinfi üzrə Avropa Çempionatına qatılıb.

Yelkənçilərimizin ilk dəfə iştirak etdiyi bu yarışda Azərbaycan komandasına Yelkənli İdman Federasiyasının idman üzrə koordinatoru Burcu Algon Giorgianni rəhbərlik edib. Heyətin məşqçisi isə Tuğçe Subaşı olub.

Çempionatda iştirak edən komanda heyətinə Rafiq Orucov, Fərid Məmmədzadə və Ammar Hatim daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır