İstanbul sahillərində qəzaya uğrayan gəmidəki Azərbaycan vətəndaşlarından heç biri xəsarət almayıb YENİLƏNİB

471

Dekabrın 19-da İstanbulun Şile rayonu sahillərində qəzaya uğrayan, Komor Adalarına məxsus “Natalia” karqo gəmisində Azərbaycanın 10 vətəndaşı da olub – Faiq Hacıyev, Rəşid Həmzəyev, Ədalət Cahangirov, Samir Əhmədov, Saleh Babayev, Zamik Rəşidov, Radik Rəşidov, Fərid Əhmədov, Rüstəm Heydərov və Orxan Əhədov. Onların heç biri xəsarət almayıb.

Azərbaycanın Ankaradakı səfirliyinin konsulu Şöhrət Mustafayevin AZƏRTAC-a verdiyi məlumata görə, məsələ ilə əlaqədar Türkiyə hökumətinin aidiyyəti qurumları ilə əlaqə yaradılıb. Gəmidə xilasetmə işləri artıq başa çatıb. Heyət üzvləri müayinə üçün xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyində yaradılan “qaynar xətt” fəaliyyətini davam etdirir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır