Qazaxıstan televiziyası: Bakı Limanının texnoloji imkanları çox genişdir

431

Bakı Limanının texnoloji imkanları çox genişdir, burada bütün növ yüklərin aşırılması mümkündür və əməliyyatlarının əksəriyyəti avtomatlaşdırılmış rejimdə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın ixtisaslaşmış biznes kanalı olan ABC TV-də nümayiş olunan “Yeni İpək Yolu: Avropa ilə Asiyanı birləşdirərkən” adlı sənədli filmdə deyilir. Bu böyükhəcmli film Çin hökumətinin təşəbbüsü ilə reallaşdırılan, Azərbaycanın da iştirak etdiyi “Bir Kəmər – Bir Yol” layihəsinin 5 illiyinə həsr olunub. Filmdə adı çəkilən layihəyə daxil olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Koridor) əhəmiyyətindən bəhs edilir.

Çinin Lyanyuqan, Kazaxıstanın Korqos, Kurık, Aktau, Gürcüstanın Batumi, Anaklia, Almaniyanın Duysburq limanlarına həsr olunan hissədə Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanın imkanlarından danışılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır