“The Hill”: ABŞ hərbi gücünün əhəmiyyətli olmasının 10 səbəbi

439

Növbəti ilin yanvar ayında ABŞ Konqresi Pentaqonun müdafiə xərclərini artırmaqla bağlı istəyini nəzərdən keçirəcək. ABŞ-ın münaqişələrdə və rəqiblərə qarşı təhlükələrə qarşı müdafiə olunmasından əlavə müdafiə büdcəsinin bir sıra iqtisadi və strateji cəhətləri də var.
Ordu.az “The Hill” nəşrinə istinadən xəbər verir ki, bu barədə hərbi ekspert Uilyam İnboden məlumat verib.

Onun sözlərinə görə, ABŞ hərbi gücünün hələ də əhəmiyyətli olmasının 10 əsas səbəbi var:

1. ABŞ iqtisadiyyatı üçün qlobal ticarət və maliyyə xətlərinin yaradılması: ABŞ-ın 7-ci filotiliyası bu barədə Asiya-Sakit Okeanı regionunda Dünya Ticarət Təşkilatı və Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatı barədə kəşfiyyat məlumatları toplayaraq böyük işlər görməkdədir.

2. Əməkdaşların ABŞ-ın yolunu “təmizləməsi”: Buna ən yaxşı misal 1972-ci ildə Misir prezidenti Ənvər Sedatın ABŞ-la münasibətləri gücləndirmək üçün Sovetlər Birliyi ilə əlaqələri qoparması olub.

3. Sülh müqavilələrinin qorunması: Məsələn, Misir-İsrail sülh müqaviləsinin ən böyük təminatçısı ABŞ olub. Ölkə bu gün də Yaxın Şərqdə hərbsizləşdirmə və de-eskalasiya tədbirlərində qarantyor olaraq çıxış edir.

4. Müttəfiqləri müdafiə büdcələrini artırmağa sövq etməsi: ABŞ-ı izləyən müttəfiqləri, NATO ölkələri, eləcə də Yaponiya müdafiə büdcəsini artırma yolunu seçib.

5. ABŞ-ın müttəfiqlərlə iqtisadi müzakirələrdə mövqeyini gücləndirməsi: 1985-ci ildə Reyqan administrasiyası hərbi gücü sayəsində Yaponiya və digər G-7 ölkələrini beynəlxalq pul siyasətinin dəyişdirilməsi və dolların devalvasiya edilməsi ilə bağlı inandıra bildi.

6. Düşmənlərlə münaqişələrdə ABŞ mövqeyinin gücləndirilməsi: ABŞ-la Rusiya arasında imzalanmış nüvə müqaviləsində ən böyük səbəblərdən biri Reyqanın Avropada yerləşdirdiyi kruz raketləri olub.

7. ABŞ-ı tərəfdaşlar üçün daha “cazibədar” etməsi: Məsələn, Soyuq Müharibənin sülhlə sonlandırılması bir neçə Varşava Paktı, Mərkəzi və Şərqi Avropa ölkələrini NATO-ya qoşulmaq üçün təhrik edib.

8. Kəşfiyyat işləri üçün yeni kanallar açması: Digər ölkə hərbi qüvvələrinin ABŞ hərbçilərinin təlimlər keçməsini istəməsi ilə ölkənin kəşfiyyat orqanları üçün yeni kanallar açılmış olur. 

9. Demokratiya və insane haqlarının yayılmasını təmin etməsi: ABŞ-ın təhlükəsizlik əməkdaşlığı proqramları müxtəlif ölkələrdə demokratiyanın gücləndirilməsi və insan haqlarının qorunmasında əhəmiyyətli rol oynayıb.

10. Humanitar yardım əməliyyatları və ABŞ-ın ictimai diplomatiyasını gücləndirməsi: Məsələn, 2004-cü ildə cənub-şərqi Asiyada baş verən tsunamidən sonra ABŞ-ın həyata keçirdiyi humanitar yardımlar bütün bəşətiyyərin gözündə ölkəni “qəhrəman” mövqeyinə yerləşdirdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır