NI: Çin donanmasının aviadaşıyıcılar üçün böyük planları var

447

Çin donanması gələcək aviadaşıyıcıları üçün qırıcıların malik olduğu reaktiv mühərriklərə sahib dronlar hazırlamağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “National Interest”in yayımladığı məqalədə qeyd edilib.

Bildirilir ki, ötən il Çin dövlət televiziyası, “Tian Ying” dronunun uçuş və eniş görüntülərini yayımlayıb. Görüntülər qırıcı mühərrikli dronun ilk ictimai təqdimatı idi.

“China Aerospace Science and Industry Corporation” şirkəti “Tian Ying” dronunun istehsalı ilə müstəqil olaraq məşğul olur və onun tamamlanmasından sonra onu Çin Silahlı Qüvvələrinə satmağa ümid edir.

Çin də ABŞ malik olduğu daşıyıcı dronlara sahib olmağa çalışır. Amma Çin daşıyıcı dronları bunun üçün uyğun aviadaşıyıcıları gözləməlidir. Bunun üçün aviadaşıyıcılarda katapulta ehtiyac var və bu imkan Çinin tikilməkdə olan üçüncü aviadaşıyıcısında mövcud olacaq. Bu aviadaşıyıcının isə 2020-ci ilin əvvəli üçün istifadəyə girəcəyi gözlənilir.

Əgər Çin donanması 2019-cu ilin yanvar ayında “Tian Ying” üçün müqavilə bağlasa və katapultla təchiz olunan “Type 002” aviadaşıyıcısı istifadəyə verildikdən sonra, dronlar 2020-ci ilin sonlarına doğru aviadaşıyıcılarda istifadə edilə bilər. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır