Azərbaycan Dövlət Dəniz Akademiyasının -Tələbələrin nəzərinə!

599


DenizXeber.az  Azərbaycan Dövlət Dəniz Akademiyasının saytına istinadən məlumat verir ki,

Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılır və tədrislə bağlı tədbirlər təxirə salınır.

Əmr bütün ümumtəhsil, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə aiddir. Eyni zamanda ali məktəblərdə imtahan və kollokviumlar da iki günlük təxirə salınıb.

İmtahanların yeni tarixləri barədə məlumat veriləcəkdir. Saytımızı izləyin.